Klublarımızın Avroliqadakı oyunlarını hansı kanal göstərəcək?
MARAQLI
09:06 07.07.2011
2052
Birinci təsnifat mərhələsindən mübarizəyə başlayan təmsilçilərimizin biri cavab matçına evdə, digəri isə səfərdə çıxacaq.
Qurban Qurbanovun çalışdırdığı Ağdam klubunu, demək olar ki, formal bir oyun gözləyir. Çünki "Qarabağ" "Banga"nın işini elə Litvada baş tutan birinci oyundaca həll edib. Odur ki, təmsilçimiz artıq indidən Farer adalarının "Streymur" klubuyla oyunu düşünə bilər. Bugünkü cavab matçında isə əvəzedici heyətin də bəzi üzvlərinə şans vermək pis olmazdı.
AZAL-a gəlincə, Nazim Süleymanovun komandasının "Qarabağ"dan fərqli olaraq işi o qədər də asan deyil. Çünki "təyyarəçilər" cavab matçını səfərdə keçirməli olacaqlar. Belarus "Minsk"i Bakıdakı oyunda çox sərfəli nəticəyə (1:1) imza atdığından ev oyunu ərəfəsində böyük üstünlüyə malikdir. Çünki AZAL onları mübarizədən kənarlaşdırmaq üçün ən azı bir qol vurmalıdır. Vitali Tarakanovun yetirmələri qol vuracağı halda isə vəziyyət daha da gərginləşəcək.
"Minsk" bu oyundan öncə Belarus çempionatında matça çıxıb. Lakin baş məşqçi əsas heyətin əksər üzvlərinə istirahət verib. AZAL-ın rəqibinin heyətində bəzi itkilər də diqqət çəkir. Amma bunu böyük üstünlük kimi də dəyərləndirmək olmaz. Komandamızda isə xoşbəxtlikdən bu baxımdan hər şey qaydasındadır.