Klublarımız Avropa Liqasında növbəti oyunlarına çıxır

Klublarımız Avropa Liqasında növbəti oyunlarına çıxır
İDMAN
15:00 09.07.2015
1176

Bu gün futbol üzrə Avropa Liqasında ilk təsnifat mərhələsinin cavab oyunları baş tutacaq.

AZXEBER.COM xəbər verir ki, Avropa Liqasında ölkəmizi təmsil edən üç klubumuz növbəti mərhələyə keçmək üçün bu gün cavab matçlarına çıxacaq.

Bakının “İnter” klubu öz meydanında Albaniyanın “Laçi” klubunu qəbul edəcək. Bu komandalar arasında oynanılan birinci matç 1:1 hesabı ilə başa çatıb. “İnter Arena”da keçiriləcək oyun saat 20:30-da başlayacaq.

“Qəbələ” Tiflisin “Dinamo” klubu ilə qarşılaşacaq. Komandalar arasında oynanılan birinci matç Gürcüstan komandasının qələbəsi ilə nəticələnib (2:1). Qəbələ şəhər stadionunda keçiriləcək matça saat 21:00-da start veriləcək.

Bakının “Neftçi” klubu isə səfərdə Monteqronun “Mladost” klubu ilə qarşılaşacaq. Bakıda keçirilən ilk oyunda 2:2 hesablı bərabərlik qeydə alınmışdı. Matç Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR