Klyuçevkaya Sopka vulkanı 11,5 km hündürlüyə kül atıb

Klyuçevkaya Sopka vulkanı 11,5 km hündürlüyə kül atıb
SOSİAL
10:38 09.08.2025
108
Rusiyanın Kamçatka şəhərindəki Klyuçevskaya Sopka (Klyuçevskoy) vulkanı 11 min 500 metr hündürlüyə kül atıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.

Məlumata görə, şleyf Kamçatka boğazına doğru yayılır. Hərəkət marşrutu üzərində yerləşən Ust-Kamçatsk qəsəbəsinə vulkan külü düşmə ehtimalı var.

Qurum qəsəbə sakinlərini evlərini tərk etməməyə və küçəyə çıxmamağa çağırıb.

Xatırladaq ki, avqustun 8-də Ust-Kamçatskda artıq cüzi şəkildə vulkan külü düşüb. Onun atmosferdəki tərkibi icazə verilən hədlər daxilində olub.
 
 
///"Report” 
OXŞAR XƏBƏRLƏR