"Lider TV”-nin "Dostlar, bizi unutmayın” verilişinin növbəti buraxılışı yayımlanıb
AZXEBER.COM-un məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonağı müğənni Könül Kərimova və bəstəkar Cabbar Musayev olub. Qonaqlar verilişdə bir çox məqamlara toxunub.
Verilişdə K.Kərimovanın arxiv görüntüləri yayımlanıb: "Mən tez-tez arxaya baxmağı sevən insanam. Keçmişimə baxanda xoş xatirələr yada düşür. Mərhum müğənni Məhəbbət Kazımovla birgə şəklimi də gösttərdiniz, xoş oldu. Ruhu şad olsun, böyük sənətkar idi. Hər zaman demişəm, yenə də deyirəm kİ, mən fəxsr edirəm ki, onun kimi sənətkarla duet oxumuşam”.
Qeyd edək ki, "Dostlar, bizi unutmayın” verilişi həftənin bazar günləri saat 21:00-da "Lider TV”-də yayımlanır.