Könül MTV-dən getdi, "SPACE TV"də Toliki əvəz edəcək

Könül MTV-dən getdi, "SPACE TV"də Toliki əvəz edəcək
MAQAZİN
09:45 09.03.2026
301
Aparıcı Könül Muxtarova "MTV Azərbaycan" kanalı ilə yollarını ayırıb.
 
AZXEBER.COM xəbər verir ki, aparıcı bu gündən "SPACE TV"də çalışacaq.

O, hər səhər saat 09:30 da "Sevilən səhər" verilişi ilə 3 saat canlı yayımda olacaq.
 
Xatırladaq ki, bu saatda daha öncə "Tarixin bir günü" verilişi yayımlanırdı.
 
Onu da qeyd edək ki, daha öncə aparıcı AZXEBER.COM-a açıqlamasında Tarix Əliyevi əvəzləməyəcəyini, "MTV Azərbaycan" kanalında çalışmağa davam edəcəyini bildirmişdi.
 
Aysel

OXŞAR XƏBƏRLƏR