Son bir ayda dünyanı bürüyən koronavirus infeksiyası Azərbaycandan da yan keçmədi. Hökümətimiz önləyici tədbirlər görərək, xidmət, ticarət sahələrinin və təhsil müəssisələrinin bağlanması, insanlarımızın evdə qalmalarına dair qərarlar qəbul etməsi səbəbindən gündəlik çalışan həmvətənlərimizin maddi-sosial vəziyyətinin ağırlaşmasına səbəb olmuşdu.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin elan etdiyi "Gücümüz birliyimizdədir" şuarından sonra ayrı-ayrı şəxslər, bəzi QHT-lər köməyə möhtac ailələrə yardımlar göstərməyə başladı.
AZXEBER.COM xəbər verir ki, belə təşkilatlardan biri də "Könüldə Nur" Xeyriyyə Cəmiyyətidir. Bir ildən artıqdir ki, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan bu Cəmiyyət ölkəmizin ərazisində karantn vəziyyəti başlayandan sonra demək olar ki, hər gün Bakı və respublikanın digər bölgələrində aztəminatlı ailələrin qapısın döyərək onlara müxtəlif ərzaq və gündəlik təlamat malları ilə yardım edir.
Bir ay ərzində Cəmiyyətin sədri, pedaqoq Könül Qasımovanın rəhbərliyi ilə Ağdam rayonunun Quzanlı qəsəbəsi, Baharlı köçkün qəsəbəsi, Xindiristan kəndi, cəbhə xəttində yerləşən Çıraqlı kəndində yaşayan tənha və ahil insanlara, həmçinin aztəminatlı 80 ailəyə, Gəncə şəhərində 60 ailəyə, Yevlax rayonunda 30 ailəyə, Bərdə rayonunda 145 ailəyə, Cəlilabad rayonunda 60 ailəyə, Lənkəran şəhərində 70 ailəyə, Masallı rayonunda 65 ailəyə, Ucar rayonunda 50 ailəyə, Kürdəmir rayonunda 55 ailəyə, Bakı və Bakı ətrafı qəsəbələrdə 320 ailəyə (toplam 935 ailəyə) ərzaq yardımı edilib.
Gəncə şəhərində xeyriyyə konpaniyası YAP-nın Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyevin və YAP Könüllülərinin dəstəyi ilə həyata keçirilib.
"Könüldə Nur" Xeyriyyə Cəmiyyətinin yardimlaşma kanpaniyası davam edir.