Zəlzələ bölgəsinə getmək istəyən minlərlə könüllü İstanbul Hava Limanına axın edib.
AZXEBER.COM xəbər verir ki, İstanbuldan zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə qoşulmaq istəyən minlərlə yardım könüllüsü İstanbul hava limanına axın edib. Fəlakət bölgəsinə getmək üçün az qala bir-biri ilə yarışan könüllülər uzun növbələr yaradıblar.
Kahramanmaraşda baş verən zəlzələlərdən sonra İstanbul başda olmaqla müxtəlif şəhərlərdən gedən axtarış-xilasetmə qrupları ilə yanaşı AFAD könüllüləri zəlzələ bölgəsinə hərəkət ediblər.
Ayşən