Könüllülərdən sosial məsafəyə diqqət çəkən addım - FOTOLAR

GƏNCLİK
16:57 29.06.2020
583
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) çətiri altında fəaliyyət göstərən Azərbaycan könüllüləri yeni növ koronavirus (COVİD-19) pandemiyası şəraitində Azərbaycan Respublikası Prezidentinin "Biz birlikdə güclüyük!” şüarı altında növbəti kreativ aksiya keçiriblər.

AZXEBER.COM xəbər verir ki, koronavirus infeksiyasından qorunma məqsədilə karantin rejiminin tələblərinə uyğun olaraq ictimai yerlərdə sosial məsafənin təmin olunması ilə bağlı şifahi şəkildə aparılan maarifləndirmənin səmərəli olduğu, lakin xüsusi karantin rejimi şəraitində hər bir fərdi vətəndaşı əhatə etməyin mümkün olmadığını nəzərə alan könüllülər parklarda, yeraltı keçidlərin qarşısında və səkilərdə ara məsafəsinin qorunmasının vacibliyini xatırladan xüsusi istiqamətverici işarələrlə hamını məsafə saxlamağa və bir-birimizi infeksiyaya yoluxmaqdan qorumağa dəvət ediblər.

Aksiyanın özəlliyi ondan ibarətdir ki, könüllülərin həmin ərazidə daim olmasını və hər bir şəxslə ayrıca maarifləndirici söhbət aparmasını zəruri etmir. Vətəndaşlar yerdə çəkilən işarələrlə xatırlatma alır, bu işarələrlə hərəkət etməklə sosial məsafəni qoruyur və infeksiyanın yayılmasının qarşısını almağa töhfə vermiş olurlar.

Təqdirəlayiq haldır ki, aksiyada iştirak edən könüllülər karantin rejiminin qaydalarına tam riayət edərək, öz fəaliyyətlərini yaşayış yerlərinə yaxın ərazidə, sms icazə sisteminin yaratdığı 2 saatlıq açıq havada olma hüququndan istifadə etməklə həyata keçiriblər.

Bu aksiya hazırda ölkəmizin Balakən, Zaqatala, Qəbələ, Göygöl, Goranboy, Saatlı, Şamaxı, Tərtər rayonlarında başlayıb və respublikanın digər rayon və şəhərlərini də əhatə etməsi nəzərdə tutulub.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

21:46 04.07.2020

"Sobsan" boya fabrikində baş verən yanğın zamanı 4 nəfər zəhərləndi

21:19 04.07.2020

8103 SMS icazə sisteminin fəaliyyəti bu inzibati ərazilərdə davam edəcək

21:01 04.07.2020

Bakıda “Sobsan” boya fabrikində dəhşətli yanğın - VİDEO

20:31 04.07.2020

Azərbaycanda indiyədək 19 801 nəfər koronavirusa yoluxub

20:16 04.07.2020

Şəmkirdə yas mərasimi belə dayandırıldı - Video

19:52 04.07.2020

Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü

19:50 04.07.2020

AZAL İstanbula əlavə xüsusi reys yerinə yetirəcək

18:55 04.07.2020

"Əvvəllər belə şeylər olmurdu, amma indi gənclər arasında ölüm hallarına şahid oluruq” - MÜSAHİBƏ

18:31 04.07.2020

Bakıda 544 küçə dezinfeksiya edildi

18:21 04.07.2020

“Virusun ağciyərə təsiri çox qorxuludur” - Alimdən XƏBƏRDARLIQ

17:52 04.07.2020

Qazaxıstanın paytaxtında ictimai nəqliyyatın hərəkətinə iki həftəlik qadağa qoyuldu

17:41 04.07.2020

KİVDF 18 qəzetə maliyyə yardımı ayırdı - SİYAHI

17:27 04.07.2020

Azərbaycanda vəzifəli şəxsin ailəsində faciə: Bir həftədə iki qardaşı vəfat etdi

17:08 04.07.2020

Güləşçilərimizin iştirak edəcəyi dünya çempionatları bu şəhərdə keçiriləcək

16:50 04.07.2020

Şəmkirçay su anbarında bir nəfər batdı

16:27 04.07.2020

İranda epidemiya səbəbindən estetik əməliyyatların həyata keçirilməsi qadağan edildi