Müğənni "Şou news"a açıqlamasında bildirib ki, həmin fotoları onu sevməyən sənət dostları qəsdən yayıb:
"İnstaqramda çoxlu səhifələr var, təkrar-təkrar eyni fotolarımı paylaşırlar. Bunu qəsdən edirlər. Səhhətimdə problem olub, təsəvvür edin, çəkim 42-yə heç çatmırdı. Həmin çəkidə olan insan necə görünə bilər? Gözəl görünə bilməz axı. 1983-cü ildə çəkilən foto idi.
O vaxt hər şeyi çox içimə salırdım... Günlərlə-həftələrlə çörək yemirdim. Eləcə arıqlamışdım. Bir müddət oldu və keçdi. Heç özümdə o fotolar yoxdur. Daha sonra video şəklində həmin görüntümü yaydılar.
Qəsdən videodan bərbad vəziyyətdə olan hissəni çıxarırlar. Gözəllikdə çirkinlik axtarırlar. Bundan nə qədər zövq alırlar".