Kobaxidze: ABŞ-la münasibətləri inkişaf etdirmək bizim istəyimizdir

Kobaxidze: ABŞ-la münasibətləri inkişaf etdirmək bizim istəyimizdir
DÜNYA
20:36 06.06.2024
133
Gürcüstan-ABŞ əlaqələrinin yenidən başladılmasına və inkişaf etdirilməsinə ehtiyac var, biz bunun üçün hər şeyi edəcəyik.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O, "şantaj dili”nin sağlam əlaqələrə töhfə vermədiyini vurğulayıb.

Kobaxidze ABŞ ilə müdafiə sahəsində əməkdaşlığın davam etdirilməsinin həm Gürcüstanın, həm də ABŞ-nin maraqlarına cavab verdiyini əlavə edib.

O qeyd edib ki, müdafiə sahəsində yardımların azalması Gürcüstanla yanaşı ABŞ-nin maraqlarını da zədələyəcək: "Düşünürəm ki, hamı praqmatik davranmalıdır. Gürcüstan-ABŞ münasibətlərini inkişaf etdirmək bizim marağımız və istəyimizdir”.

Kobaxidze ABŞ-nin Gürcüstandakı hazırkı səfirinin sələflərindən fərqli olaraq konstruktiv olduğunu bəyan edib.
OXŞAR XƏBƏRLƏR