Kobaxidze: Aİ Gürcüstanla vizasız rejimi ləğv etməklə inqilab edə bilməyəcək

Kobaxidze: Aİ Gürcüstanla vizasız rejimi ləğv etməklə inqilab edə bilməyəcək
DÜNYA
23:27 23.07.2025
412
Avropa İttifaqı Gürcüstanla vizasız rejimi ləğv etməklə ölkədə inqilab təşkil edə bilməyəcək.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Acarıstanın İctimai Televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, son illər Gürcüstanda müxalifət və Qərbdən maliyyələşən qeyri-hökumət təşkilatları dörd dəfə ölkədə inqilab etməyə cəhd göstərib, lakin bu cəhdlərin heç biri uğurla nəticələnməyib.
OXŞAR XƏBƏRLƏR