Kobaxidze: Biz və övladlarımız Avropa bürokratiyasının şantajına məruz qaldıq

Kobaxidze: Biz və övladlarımız Avropa bürokratiyasının şantajına məruz qaldıq
DÜNYA
17:48 07.04.2025
347
2022-ci ilin iyununda Gürcüstana Avropa İttifaqı (Aİ) tərəfindən status verilmədikdən sonra növbəti il yarım ərzində danışıqlar açılmadı və Moldovaya status verildi, halbuki bu ölkə korrupsiyaya batmışdır.

Bunu ölkənin Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.

Baş nazir qeyd edib ki, əgər 2022-ci ilin iyununda Gürcüstana status verilsəydi, bu proses təbii şəkildə davam edəcəkdi və heç bir mübahisə də yaranmayacaqdı:

"Lakin bəzi tərəflər bu statusu Gürcüstana qarşı istifadə etmək istədilər və ölkəni müharibəyə cəlb etmək məqsədilə istifadə etdilər. 2024-cü ilin 28 noyabrında isə Gürcüstan hökuməti bildirib ki, artıq danışıqların açılması məsələsini gündəmə gətirməyəcəklər".

İrakli Kobaxidze vurğulayıb ki, 2023-cü ilin dekabrında Avropa bürokratiyası Gürcüstanı və onun vətəndaşlarını şantaj etməyə davam etdi, bu isə çox utancverici bir haldır: "Biz və övladlarımız Avropa bürokratiyasının şantajına məruz qaldı".

O, əlavə edib ki, korrupsiyaya batmış və zəif institutlara sahib olan bir ölkəyə status verilməsi, Gürcüstana isə verilməməsi çox utancvericidir.
 

OXŞAR XƏBƏRLƏR