Ölkənin dönməz, sabit inkişafı üçün belə bir qələbə lazım idi.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Gürcü Arzusu"nun ofisində deyib.
Kobaxidze "Gürcü arzusu"nun bütün namizədlərini qələbə münasibəti ilə təbrik edib:
"Mən hər kəsi təbrik etmək istəyirəm və hamınıza təşəkkür edirəm. Bir yerdə olmasaydıq, belə təsiredici qələbə mümkün olmazdı. Biz hamıya böyük hesabla qalib gələcəyimizə söz vermişdik, amma məncə, belə yüksək vədi də artıqlaması ilə yerinə yetirdik və bu, çox yaxşıdır".
Qeyd edək ki, Gürcüstanın hakim "Gürcü Arzusu" partiyası bələdiyyə seçkilərində qalib gəldiyini elan edib.