Kobe Brayntın dəfn tarixi və yeri məlum olub

Kobe Brayntın dəfn tarixi və yeri məlum olub
İDMAN
15:13 07.02.2020
6635

Vertolyot qəzasında həlak olan NBA ulduzu Kobe Brayntın cənazəsinin tarixi məlum olub.

AzxeberSport-un məlumatına görə, 13 yaşlı qızı Gianna ilə eyni vertolyotda qəzaya uğrayaraq həyatını itirən Bryant üçün 24 Fevralda cənazə mərəsimi keçiriləcək.

Qeyd edək ki, bu tarix (24.02.2020) Kobe (24) və qızı Giannanın (2) forma nömrəsinə ithaf oluması üçün bələdiyyə başçısı tərəfindən xüsusən seçilib.

41 yaşında dünyasını dəyişən Bryantın dəfn mərasiminin 20 il formasını geyərək, əfsanəyə çevrildiyi Los Ancelesdəki "Steples” Mərkəzində keçiriləcək.

Xatırladaq ki, 26 Yanvarda faciəvi şəkildə vertolyot qəzasına uğrayan Kobe Braynt və qızı Gianna ilə yanaşı daha 7 nəfər həlak olmuşdu.

OXŞAR XƏBƏRLƏR