Kolbadan çıxan uşaq

DÜNYA
12:48 04.06.2013
1467
Avropa sınaq şüşəsindən çıxan ilk uşağına qovuşub.42 yaşlı britaniyalı qadın Rut Karter dünyada EKO-foto inqiladi texnologiyası ilə uşaq sahibi olan ilk qadın olub. "The Times of India"nın məlumatına görə, bu üsul həyatdaqalma şansı nisbətən çox olan embrionu seçməyə imkan verir.Bu üsul embrionun böyüməsini izləməyə və qadına ən uyğununu yerləşdirilməsinə imkan verir. Yeni texnologiya "Eeva" adlanır ("Embrionların həyat qabiliyyətinin erkən qiymətləndirilməsi"). Bu zaman bir dəqiqəlik intervalla embrionun minlərlə fotosu çəkilir.Yenilik ilk dəfə istifadə edilən qadın uzun illər övlad sahibi olmağa çalışıb. Lakin hər dəfə hamiləlik uğursuzluqla nəticələnib.
//anspress

OXŞAR XƏBƏRLƏR