Kolların arasında 3 günlük qız uşağı tapıldı

Kolların arasında 3 günlük qız uşağı tapıldı
DÜNYA
13:52 10.08.2021
3766
Kolların arasında çantada körpə tapılıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Bursanın Orhangazi rayonunda baş verib.

Fermerlər axşam saatlarında kolluğun kənarında körpə səsi eşidərək səsin gəldiyi yerə gediblər və kolların arasında çantada körpə qız oludğunu görüblər.

Hadisə yerinə təcilli tibbi yardım və polis çağırılıb. Xəstəxanaya yerləşdirilərkən körpənin 3 günlük olduğu müəyyən edilib.

Körpənin sağlamlıq vəziyyətinin yaxşı olduğu həkimlər tərəfindən bildirilib. Həmçinin, qızcığazın qəmzələri olduğu üçün həkimlər ona Qəmzə adını qoyublar.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR