Kollecdə atışma: 4 nəfər ağır yaralandı

Kollecdə atışma: 4 nəfər ağır yaralandı
DÜNYA
07:52 23.01.2013
1422
ABŞ-ın Texas ştatının Konro şəhərindəki kollecdə mübahisə edən iki gənc arasında atışma olub.AZXEBER.COM-un İTAR-TASS-a istinadən verdiyi məlumata görə, atışma nəticəsində dörd nəfər xəsarət alıb. Yaralılardan biri atışma tərəflərindəndir.Təhsil müəssisəsinin nümayəndəsi bildirib ki, atışma yerli vaxtla günorta saatlarında auditoriyalardan birində olub. Şahidlərin sözlərinə görə, təxminən 9 atəş səsi eşidilib.Dairənin şerifi bildirib ki, atışanlardan biri yaralı olsa da, digəri saxlanılıb.Atışma dərs saatında olduğundan, tələbələr auditoriyalara qaçıblar. Onlardan bəziləri yaxınlıqdakı evlərdə sığınıblar. İnsidentlə əlaqədar kollecin tələbələri və əməkdaşları təxliyə ediliblər. Hökumət yaxınlıqdakı bir neçə məktəbin bağlanmasına qərar verib.Yaralıların hamısının tələbə olub-olmadığı bəlli deyil. Onlardan biri reanimasiyadadır.
OXŞAR XƏBƏRLƏR