Kolleclərə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat ba

Kolleclərə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat ba
SOSİAL
10:31 09.09.2025
151
Ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün elektron qeydiyyat prosesinə 10 sentyabr saat 11:00-da start veriləcək.

Bu barədə AZXEBER.COM-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
 
Qəbul olunmuş şəxslər https://portal.edu.az/ saytında qeydiyyatdan keçərək "Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 17 sentyabr 2025-ci il saat 18:00-da yekunlaşacaq.

OXŞAR XƏBƏRLƏR