Kolleclərə qeydiyyatın tarixi açıqlandı

Kolleclərə qeydiyyatın tarixi açıqlandı
SOSİAL
12:03 04.09.2025
198
Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə sentyabrın 9-u saat 11:00-da start veriləcək.

Bu barədə AZXEBER.COM-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, namizədlər https://portal.edu.az/ platformasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da yekunlaşacaq.
OXŞAR XƏBƏRLƏR