Koloradoda silahlı şəxs altı nəfəri qətlə yetirəndən sonra intihar edib

Koloradoda silahlı şəxs altı nəfəri qətlə yetirəndən sonra intihar edib
DÜNYA
22:11 10.05.2021
482
ABŞ-ın Kolorado ştatının Sprinqs şəhərində baş verən atışma nəticəsində yeddi nəfər həlak olub.

Bu barədə KKTV telekanalı məlumat verib.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, insident gecə saatlarında səyyar ev avtomobilində baş verib.

Şənlik məclisinin keçirildiyi ünvana daxil olan bir nəfər silahla altı nəfəri qətlə yetirdikdən sonra özü də intihar edib.

Hadisənin təfərrüatları araşdırılır.
OXŞAR XƏBƏRLƏR