Kolumbiya ABŞ-dəki səfirini geri çağırdı

Kolumbiya ABŞ-dəki səfirini geri çağırdı
DÜNYA
21:21 20.10.2025
120
Kolumbiya hökuməti ABŞ-dəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Bu barədə Kolumbiyanın Xarici İşlər Nazirliyi "X" sosial media platformasında məlumat yayıb.

Nazirlik səfirin ABŞ-yə qayıdıb-qayıtmayacağı ilə bağlı qərarın yaxın vaxtlarda açıqlanacağını bildirib.

Qeyd edək ki, bugünlərdə ABŞ Prezidenti Donald Tramp Kolumbiya Prezidenti Qustavo Petronu təhdid edib. O, kolumbiyalı həmkarından ölkədə narkotik istehsalını dərhal dayandırmağı tələb edərək, əks halda ABŞ-nin güc tətbiqinə əl atacağını qeyd edib.

/Oxu.az
OXŞAR XƏBƏRLƏR