Kolumbiya Azərbaycanla viza rejimini ləğv edib

SİYASƏT
15:01 15.11.2013
1469

Azərbaycan vətəndaşları üçün Kolumbiyaya səfər şərtləri sadələşdirilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə məlumat Xarici İşlər Nazirliyindən (XİN) yayılıb.Məlumata görə, Kolumbiya Xarici İşlər Nazirliyindən Azərbaycan Respublikasının Meksikadakı səfirliyinə daxil olmuş məlumata əsasən, cari ilin 22 oktyabr tarixindən etibarən Azərbaycanın da daxil olduğu bir sıra ölkələrin vətəndaşlarından Kolumbiya Respublikasına giriş və müvəqqəti yaşamaq üçün TP-11, TP-12, TP-13 tipli vizaları tələb olunmayacaq.

OXŞAR XƏBƏRLƏR