Kolumbiya Venesuela sərhədi yaxınlığında bombardman həyata keçirib: Ölənlər var

Kolumbiya Venesuela sərhədi yaxınlığında bombardman həyata keçirib: Ölənlər var
DÜNYA
12:43 15.11.2025
97
Kolumbiya hərbçiləri Venesuela sərhədi yaxınlığında bombardman həyata keçiriblər.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, Kolumbiya Müdafiə Nazirliyindən adı çəkilməyən mənbə bildirib ki, doqquz üsyançı (narkotik alveri ilə məşğul olan qruplaşma - red.) həlak olub.
 
O, həlak olanların dəqiq hansı qruplaşmaya aid olduğunu açıqlamayıb.

Agentliyin məlumatına görə, hərbi əməliyyat Kolumbiya Prezidenti Qustavo Petronun Arakua departamentində narkotacirlərə qarşı mübarizəsi çərçivəsində həyata keçirilib.

Agentlik xatırladır ki, bu həftə Kolumbiya hərbçiləri Amazon regionunda hava zərbələri endiriblər. Nəticədə Kolumbiya İnqilabçı Silahlı Qüvvələrindən (FARK) ayrılan dissident qruplaşmasının 19 üzvü həlak olub.



OXŞAR XƏBƏRLƏR