Kolumbiya XİN: Mümkün hücum halında suverenliyimizi hərbi yolla müdafiə edəcəyik

Kolumbiya XİN: Mümkün hücum halında suverenliyimizi hərbi yolla müdafiə edəcəyik
DÜNYA
12:16 07.01.2026
118

Kolumbiyanın xarici işlər naziri Rosa Yolanda Villavisensio ABŞ prezidenti Donald Trampın Kolumbiya prezidenti Qustavo Petroya yönəlik açıqlamalarından sonra ölkəsinin mövqeyini açıqlayıb.


AZXEBER.COM xəbər verir ki, El Tiempo nəşrinin məlumatına görə, Villavisensio mətbuat konfransında Trampın "Kolumbiyada əməliyyat yaxşı səslənir” ifadəsinə münasibət bildirib. Nazir qeyd edib ki, məsələ diplomatik kanallar vasitəsilə müzakirə olunsa da, mümkün hücum halında Kolumbiya öz suverenliyini qorumaqda qətiyyətlidir.


Villavisensio vurğulayıb ki, Prezident Qustavo Petronun ali baş komandanlığı altında ölkənin yüksək səviyyədə hazırlıqlı və təchiz olunmuş ordusu var və bu ordu xalqın təhlükəsizliyini təmin etməyə hazırdır. Onun sözlərinə görə, Kolumbiya sülh və dialoqa üstünlük versə də, milli maraqların müdafiəsindən geri çəkilməyəcək.


Xarici işlər naziri əlavə edib ki, məsələ ilə bağlı Boqotadakı ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Con MakNamara ilə görüş keçiriləcək və rəsmi etiraz notası təqdim olunacaq.


Villavisensio bildirib: "Prezidenti təhqir etmək təkcə bir şəxsə deyil, ölkəmizə qarşı təhqirdir. Bu, Prezident Qustavo Petronu hakimiyyətə gətirən bütün demokratik proseslərə qarşı hörmətsizlik deməkdir".  


Nazir sonda Kolumbiyanın diplomatik kanalları açıq saxladığını və prioritetin dialoq olduğunu bir daha vurğulayıb.


OXŞAR XƏBƏRLƏR