Kolumbiyada 5 bala yaxın güclü zəlzələ oldu

Kolumbiyada 5 bala yaxın güclü zəlzələ oldu
DÜNYA
09:03 15.05.2023
124
Cənubi Amerika ölkəsi Kolumbiyada 4.8 bal gücündə zəlzələ baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Belə ki, zəlzələ paytaxt Boqotadan təxminən 75 kilometr cənub-şərqdə yerləşən Vilyavisensio şəhərində qeydə alınıb.

Zəlzələnin ocağı 30 kilometr dərinlikdə yerləşib.
 
Qeyd edək ki, zəlzələ nəticəsində ölən və yaralanan olmayıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR