Kolumbiyada 60-a yaxın hərbçi oğurlanıb

Kolumbiyada 60-a yaxın hərbçi oğurlanıb
DÜNYA
19:10 23.06.2025
312
Kolumbiyanın cənub-qərbindəki Mikay kanyonu bölgəsində onlarla əsgər mülki şəxslər tərəfindən oğurlanıb.

İki gün ərzində 57 əsgər və dörd unter-zabit oğurlanıb.

Mülki şəxslər 2016-cı ildə hökumətlə sülh sazişi imzalayan Kolumbiya İnqilabi Silahlı Qüvvələrinin (FARC) üsyançı qrupundan olan dissidentlərin təzyiqi altında hərəkət edirlər.

Yerli KİV-in məlumatına görə, hadisənin sifarişçisi FARC-ın ən böyük qolu olan EMC üsyançı dəstəsi ola bilər.

Xatırladaq ki, Mikay kanyonu kokainın Sakit okean limanlarına daşınması üçün istifadə olunur, narkotiklər oradan qanunsuz olaraq digər ölkələrə göndərilir.
 
\report
OXŞAR XƏBƏRLƏR