Kolumbiyada COP-16-ya görə ekofəallar etiraz aksiyası keçiriblər

DÜNYA
13:20 29.10.2024
144
Kolumbiyanın Kali şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Bioloji Müxtəliflik Konfransı (COP16) zamanı bir qrup ətraf mühit fəalı etiraz edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, COP-16-nın iqlim sammitinin keçirildiyi əraziyə toplaşan fəallar "təbiət üçün sülh” şüarları ilə aksiya keçiriblər.

Əllərindəki pankartlarla dinc şəkildə etiraz edən fəallar COP-16-da iştirak edən ölkələrdən ekosistemin qorunması ilə bağlı real qərarlar qəbul etməyi tələb ediblər.

Qeyd edək ki, ölkənin üçüncü böyük şəhəri olan Kalidə oktyabrın 21-dən noyabrın 1-dək davam edəcək COP-16 sammitində 190 ölkədən nümayəndələr iştirak edir.
 
Cəmalə

OXŞAR XƏBƏRLƏR