Kolumbiyada prezidenti öldürmək istəyən narkokartelin lideri zərərsizləşdirildi

Kolumbiyada prezidenti öldürmək istəyən narkokartelin lideri zərərsizləşdirildi
DÜNYA
23:50 17.03.2025
231
Kolumbiya silahlı qüvvələri polislə birlikdə ölkə prezidenti Qustavo Petroya qarşı sui-qəsd hazırlayan "Körfəz klanı” narkokartelinin liderlərindən birini məhv edib.

Bu barədə Kolumbiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, əməliyyat Kolumbiyanın qərbindəki Vall-del-Kauka departamentində aparılıb

"Prezident Qustavo Petroya sui-qəsd planlaşdıran cinayətkarlardan biri məhv edilib. Söhbət "Körfəz klanı”nın bölmələrindən birinin Ömər və ya Nino ləqəbli lideri, 25 illik təcrübəyə malik cinayətkardan gedir”.

Vurğulanıb ki, ömərlə yanaşı qrupun daha bir üzvü zərərsizləşdirilib.
 
 
///report
OXŞAR XƏBƏRLƏR