Kolumbiyanın keçmiş prezidenti 12 ilini evində keçirəcək

Kolumbiyanın keçmiş prezidenti 12 ilini evində keçirəcək
DÜNYA
23:25 01.08.2025
661
Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribe şahidə rüşvət verməkdə təqsirli bilinib.

Bu barədə "El Tiempo” qəzeti məlumat yayıb.

Bildirilib ki, yerli məhkəmə tərəfindən sabiq prezident 12 il müddətinə ev dustaqlığına məhkum edilib.

Həmçinin o, 100 ay 20 gün dövlət vəzifəsi tuta bilməyəcək. Keçmiş siyasətçi ona təyin edilən cəzanı Rioneqro şəhərindəki evində çəkəcək.
 
/report
OXŞAR XƏBƏRLƏR