"Komandaya xeyir verməsən, meydanda olmağın mənası yoxdur" - Rəşad Sadıqov

"Komandaya xeyir verməsən, meydanda olmağın mənası yoxdur" - Rəşad Sadıqov
İDMAN
11:44 21.09.2018
5102
Ümumilikdə, oyun pis keçmədi. Qurban müəllimin bəzi taktiki gedişlərini uşaqlar maksimum yerinə yetirməyə çalışırdılar. Sadəcə, nəticədə rəqibin ustalıq səviyyəsi öz sözünü dedi. Bizim də iki qol imkanımız oldu, amma istifadə edə bilmədik. Rəqib isə əksinə, əlinə düşən imkanları qola çevirdi.

AZXEBER.COM sportal.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə "Sportinq"ə 0:2 hesabıyla uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib. Zədə səbəbindən oyunda iştirak edə bilməyən təcrübəli müdafiəçi rəqib futbolçuların ustalıq səviyyəsinin yüksək olduğunu söyləyib: "Bütün qollar səhvlər nəticəsində vurulur. 90 dəqiqə avrokubok oyunlarında səhvsiz oynamaq çətindir. Yenə deyirəm, əsas məsələ ustalıq səviyyəsinin fərqi idi. "Sportinq" son vuruşlarda bizdən dəqiq oldu".

36 yaşlı futbolçu belə hesab gözləmədiyini bildirib: "Belə nəticə gözləmirdim. Çox adam gözləyirdi ki, bu gün "Qarabağ" açıq-aşkar məğlub olacaq. Amma mən inanırdım ki, yaxşı nəticə ilə dönə bilərik. Bunun üçün də son vuruşlarda dəqiq olmaq lazım idi. Təbii ki, rəqib bizdən üstündür. Amma yenə də düşünürdüm ki, bu gün xalla geri dönə bilərdik. Açığı, çətin qurupa düşmüşük. Buna baxmayaraq, qarşıdakı oyunlarımızın gedişatından aslı olaraq yaxşı nəticə qazana bilərik. Hər oyun fərqli olur. Bugünkü oyun isə tamam başqa cür alındı. Qrup matçlarının hamısından ümumilikdə nə qədər xal qazana biləcəyimizi indidən proqnoz vermək çətindir".


 
Sadıqov zədəsi haqda da danışıb: "Həkimlərin qoyduğu diaqnoza görə, bir həftə, on gün tam dayanmaqdır. Oyuna da artıq iki həftə qalıb. Tam hazır olsam, məşqçilər etimad göstərsə, oynayacağam. Əsas odur ki, komandaya xeyir verəsən. Xeyir verməsən, meydanda olmağın mənası yoxdur".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
21:55 05.03.2025
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
21:52 05.03.2025
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
21:29 05.03.2025
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
21:26 05.03.2025
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
21:24 05.03.2025
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
21:18 05.03.2025
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
20:30 05.03.2025
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
20:13 05.03.2025
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
19:50 05.03.2025
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
19:40 05.03.2025
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb
19:27 05.03.2025
Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb
İkiqat SSRİ çempionu olan ukraynalı sabiq futbolçu vəfat edib
19:22 05.03.2025
İkiqat SSRİ çempionu olan ukraynalı sabiq futbolçu vəfat edib
Baş nazir: Qrenlandiya satılmır və onu əldə etmək olmaz
19:10 05.03.2025
Baş nazir: Qrenlandiya satılmır və onu əldə etmək olmaz
Millinin sabiq futbolçusu həbs edildi
18:51 05.03.2025
Millinin sabiq futbolçusu həbs edildi
NATO XİN başçılarının iclası aprelin əvvəlində Brüsseldə keçiriləcək
18:45 05.03.2025
NATO XİN başçılarının iclası aprelin əvvəlində Brüsseldə keçiriləcək
Yunanıstana qaçmaq istəyən PKK terrorçusu Ədirnədə saxlanıldı
18:34 05.03.2025
Yunanıstana qaçmaq istəyən PKK terrorçusu Ədirnədə saxlanıldı