Komando birləşmələrinin uğurlu Buğdadağ əməliyyatı - Bala Göyçə gölünə açılan qapımız - VİDEO

Komando birləşmələrinin uğurlu Buğdadağ əməliyyatı - Bala Göyçə gölünə açılan qapımız - VİDEO
SOSİAL
17:25 07.06.2023
165
Postmüharibə dövründə Azərbaycan Ordusunun ən uğurlu əməliiyyatlarından biri Buğdadağ yüksəkliyinin azad edilməsidir.
 
AZXEBER.COM xəbər verir ki, İctimai Televiziyanın əməkdaşları komando bölmələrinin həyata keçirdikləri bu əməliyyatın bəzi məqamlarına aydınlıq gətirmək üçün Azərbaycan-Ermənistan şərti sərhəddində olublar.
 
Həmin reportajı təqdim edirik:

 
 
2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan şərti sərhəddində uğurla həyata keçiriən "Buğdadağ əməliyyatı”nın bəzi məqamlarına aydınlıq gətirmək üçün İTV Xəbər komandası Daşkəsən-Göyçə bölgəsinə üz tutub. 
 
Ötən il senytabrın əvvəllərində Ermənistan ordusunun təxribatları daha da gücləndi. Ayın 12-də baş verən təxribatın qarşısını almaq üçün Azərbaycan Komandosunun qarşısına Buğdadağın azad edilməsi tapşırığı qoyuldu. Lakin mövcud taktiki şərait qarşı tərəfin xeyrinə idi - hakim yüksəkliyin faktiki ərazini  nəzarətdə saxlamağı, düşmənin uzun illərdir qurduğu mühəndis istehkamlar, sıx minalanmış sahələr və dağlıq relyef. Bəli, Ermənisatan Ordusunun qərb cəbhəsində qurduğu manelər "Ohanyan səddi” kimi qısa bir müddətdə darmadağın edildi. Çünki, 44 günlük Vətən müharibəsində olduğu kimi, yenə də torpağı azad eləməyə gələnlər yurdun əsl sahibləri idilər. Atəş mövqeyində olan güllə izləri Buğdadağda baş verən yaxın döyüşdən xəbər verir.   Xeyli vaxt keçməsinə baxamayaraq komandolar həmin döyüşün heç bir anını unutmayıblar.
 
Onlar qələbənin əsas səbəblərindən birinin davamlı dağ-atıcılıq məşğələləri olduğunu vurğulayırlar. Pərərn-pərən olan düşmənin toparlanmağa çalışaraq, itirdiyi yüksəkliyi geri qaytarmaq cəhdləri isə nəticəsiz qaldı. Çünkü, döyüş tapşırığında ermənilərin diversiya qruplarının əks-hücum edəcəkləri əvvəlcədən nəzərə alınmışdı.
 
Komando hər zaman və hər yerdə! Qarabağ Azərbaycandır! Həmsöhbət olduğumuz komando hərbçiləri döyüş yoldaşları olan Buğdadağ şəhidlərindən də söz açdılar. Kədər və şərəf dolu bir qürurla!
 
Təəsüf ki, 44 günlük müharibədən keçən 3 ildə  Ermənistan düzgün nəticə çıxarmaq əvəzinə, 11 min fərarisi olduğunu unutmağa başlayıb. Hər təxribat cəhdi isə Ermənistana yeni məğlubiyyətlər gətirir. Buğdadağda olduğu kimi... Növbəti reportajımız isə Buğdadağın azad olunmasıyla nəzarətimizə keçən Bala Göyçə gölündən olacaq.
OXŞAR XƏBƏRLƏR