Kombi işləyərkən bu səhvi etməyin – Qaz pulunu artırır

Kombi işləyərkən bu səhvi etməyin – Qaz pulunu artırır
SOSİAL
00:29 09.11.2026
81
Soyuq havalarda evləri isitmək üçün kombilərdən istifadə artır. Lakin mənzili havalandırarkən edilən bəzi səhvlər təbii qaz sərfiyyatının çoxalmasına səbəb ola bilər.

AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, kombi işləyərkən pəncərələrin uzun müddət açıq saxlanılması evdə istilik itkisini artırır. Nəticədə otaqların yenidən qızdırılması üçün daha çox enerji tələb olunur.

Mütəxəssislər qış aylarında pəncərələri saatlarla azacıq açıq saxlamaq əvəzinə, otaqları qısa müddətdə və intensiv şəkildə havalandırmağı məsləhət görürlər.

Bu üsul havanın yenilənməsinə kömək etməklə yanaşı, divarların və mebellərin həddindən artıq soyumasının qarşısını ala bilər.

Bununla belə, təbii qaz cihazları üçün nəzərdə tutulan daimi havalandırma dəlikləri heç vaxt bağlanmamalıdır. Bu, təhlükəsizlik baxımından vacibdir.
OXŞAR XƏBƏRLƏR