"Komedixana"nın aktyoru həmkarını təhqir etdi: "Çörəyi dizinin üstündə..." - VİDEO

"Komedixana"nın aktyoru həmkarını təhqir etdi: "Çörəyi dizinin üstündə..." - VİDEO
MAQAZİN
00:35 14.01.2023
762
Aktyor Cavidan Novruz Firuzə Balayevanın "Komedixana" haqda qalmaqallı açıqlamasına münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, o, bu barədə şəxsi instagram hesabında status paylaşıb.
 
Cavidan ad çəkmədən həmkarının ünvanına sərt sözlər deyib:

"Mənə inanın ki, yaxşı at özünə qamçı vurdurmaz! Problemli insan hər yerdə problemlidir və belə də yaşayacaq! O ki qaldı, ağıllı olmayıb ağıllı yerdə görünmək istəyənlərə... İnsana deyərlər ki, özündə zərrə qədər ağıl yoxdursa, hansı cəsarətlə ağıllı yerdə, ağıllı adamlarla işləmək tələbini edirsən? İnsanın ki, çörəyi dizinin üstündədirsə, Allah hər zaman belindən vuracaq. Hər şeydə uğursuz, yarımçıq olacaqlar".

Qeyd edək ki, F. Balayeva ötən gün "Səhərin səsi" verilişində qonaq olarkən "Komedixana" proqramından ayrıldığını demişdi. Bundan əlavə o, veriliş haqda "Mən ağıllı insanlarla işləməyi sevirəm, bir az "şiti çıxarılan" yer mənlik deyil" kimi fikirlər səsləndirmişdi.
 
Həmin videonu təqdim edirik:
OXŞAR XƏBƏRLƏR