Komitə sədri: İmtahanda tibb işçilərinə praktik suallar vermək lazımdır

Komitə sədri: İmtahanda tibb işçilərinə praktik suallar vermək lazımdır
SOSİAL
12:06 29.04.2025
173
Sertifikasiya imtahanında tibb işçilərinə praktik suallar vermək lazımdır.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, məqsəd həkimlərə çətinlik yaratmaq yox, ixtisasını bilənlərə köməklik etməkdir:

"Bu səbəbdən imtahanda uğur qazanmayan işçilərin yenidən imtahana hazırlaşa bilməsi üçün 6 ay ərzində iş yeri və əməkhaqqı saxlanılacaq. İnanırıq ki, bu, onların peşəkarlığını artırmasına stimul yaradacaq”.
OXŞAR XƏBƏRLƏR