Komitə sədri: “Son altı ayda 17 erkən nikahın qarşısı alınıb”

Komitə sədri: “Son altı ayda 17 erkən nikahın qarşısı alınıb”
SOSİAL
12:18 19.07.2023
108
2023-cü ilin birinci yarımili ərzində 17 erkən nikahın qarşısı alınıb.

AZXEBER.COM xəbər verir ki, bunu bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.

"Hazırda Komitənin 17 rayonda Qadın Resurs Mərkəzləri fəaliyyət göstərir. 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 6 ay müddətində 4 "açıq qapı günü" keçirilib.

Müraciət edən 517 vətəndaşa psixoloji, hüquqi və sosial problemlərin həlli üzrə dəstək göstərilib", - deyə B.Muradova qeyd edib.
OXŞAR XƏBƏRLƏR