Komitə sədri: “Vaksinasiyadan keçməyənlərin fəaliyyətinə icazə verilməməlidir”

Komitə sədri: “Vaksinasiyadan keçməyənlərin fəaliyyətinə icazə verilməməlidir”
SOSİAL
15:41 09.08.2021
944
"Son həftələrin statistikası göstərir ki, Azərbaycanda COVID-19-a yoluxmada yenidən artım var. Artıq reanimasiyadakı ağır xəstələrin və xəstəlikdən ölənlərin sayı artıb”.

Bunu "Report”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, COVID-19-a yoluxmaların sayının qarşısının alınması üçün tədbirlər görülməlidir: "Həmin tədbirlər bunlardan ibarət ola bilər: yenidən sərtləşdirilmiş karantin rejiminə keçmək, məhdudiyyətləri artırmaq və ya vaksinasiyanı sürətləndirmək. Bunların hər üçü eyni zamanda da ola bilər. Hesab edirəm ki, daha çox üstünlüyü vaksinasiyaya verməliyik. Nəzərə almaq lazımdır ki, payızda hava-damcı yolu ilə yayılan infeksiyaların da sayı artır. Bu baxımdan olduqca sürətli bir şəkildə vaksinasiya prosesi aparılmalıdır”.

Komitə sədri COVID-19-la mübarizədə maarifləndirmə işinin kifayət etmədiyini vurğulayıb: "Vətəndaşlarımızın çoxu məsuliyyətsizlik, biganəlik göstərirlər. Ona görə də vaksinasiya prosesinin artırılması üçün bəzi stimullaşdırıcı və məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Təklif edərdim ki, şənbə-bazar günləri ictimai nəqliyyatın hərəkəti bərpa olunsun və ondan istifadə edənlər yalnız vaksinasiya olunmuş şəxslər olsun. Eyni zamanda, taksi fəaliyyəti ilə məşğul olanlar peyvənd olunsunlar. Vaksinasiyadan keçməyənlərin fəaliyyətinə icazə verilməməlidir. Qarşıdan tədris dövrü yaxınlaşır. Hesab edirəm ki, bütün təhsilverənlər, təhsil işçiləri, tələbələr də bu prosesə cəlb olunmalıdırlar”.

M.Quliyev bildirib ki, Azərbaycanda kifayət qədər vaksin ehtiyatı var: "Bu işə kifayət qədər klinika da cəlb olunub. Ona görə də ən çox üstünlüyü vaksinasiyaya verməliyik. Çünki təcrübə göstərir ki, qapanmalar da müəyyən dövr ərzində effekt verir. Sərt karantin rejimi yumşalan kimi yenidən yoluxmada artım baş verir. Qapanmalara getmək məcburiyyətdən doğan bir addımdır. Bunun da iqtisadi, sosial və psixoloji gərginlikləri olur. Belə hallarla qarşılaşmamaq və sağlamlığımızı qorumaq üçün mütləq qaydalara riayət etməliyik və vaksinasiya prosesinə qoşulmalıyıq”.

Qeyd edək ki, Azərbaycanda son zamanlar gündəlik yoluxma halları mini ötüb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir