Kompüterdən çox istifadə etmək lazım deyil – HƏKİM MƏSLƏHƏTİ

MARAQLI
14:22 25.08.2011
2109

Əksər insanlar fikirləşmirlər ki, kopüter arxasında uzun müddət oturmaq onların sağlamlığına mənfi təsir göstərir. Bu təhlükə xüsusən, proqramistlərə, katibələrə, veb- dizaynerlərə və fəaliyyəti saatlarla kopüter arxasında oturmağa bağlı olan insanlara aiddir. Bu zaman tez-tez növbəti problemlər meydana çıxır: * Görmə əzələlərinin gərginliyi - baxışın uzunmüddətli monitora fiksasiyası nəticəsində əmələ gəlir * Əzələ və oynaqların atrofiyası- boyun, bel nahiyəsində ağrı * Xroniki ruh düşkünlüyü və taqətsizlik- səhərlər yuxudan ayılmaq çətinləşir, bir stəkan kofesiz keçinmək əngələ çevrilir. Bütün gün ərzində fikir ancaq yuxuda olur * Yuxu rejimi pozulur- gecə saat 2-yə qədər işləmək, səhər saat 5ə qədər internetde vaxt keçirmək - tanış situasiyadır, deyilmi? Əgər bunları özünüzdə olduğunu hiss edirsinizsə, nə etmək lazımdır? Vaxtaşırşı diqqəti monitordan yayındırmaq lazımdır. Yeri gəlmişkən klaviaturaya yox, ətrafa. Oftalmoloqların tövsiyyə etdiyi bir sıra məşqlər, tapşırıqlar var ki, onlar gözdə olan gərginliyi aradan qaldırmağa kömək olur. Bu məşqlərdən bəzilərini biz də sizə tövsiyyə edirik: * 1-ci tapşırıq - Başı heç bir yerə döndərmədən 2-3 saniyə yuxarı sağ 2-3saniyə yuxarı sol tərəfə baxın. BU hərəkətləri sonra aşağğı istiqamət olmaqla sağa və sola davam etdirin. Bu tapşırıq göz əzələlərinin yorğunluğunu araan qaldırmağa kömək edir. * 2-ci tapşırıq - pəncərəyə yaxinlaşıb üzü pəncərəyə dayanırıq. Sonra görmə sahəmizdə ən uzaqda yerləşmiş bir nöqtəni, məsələ hər hansı bir binanın və ya ağacən zirvəsini özümüz üçün fiksə nöqtəsi kimi seçirik. Sonra 5 san müddətində bu nöqtəyə diqqətlə baxırıq, sonra dərhal əvvəlcədən pəncərə üzərində tutduğumuz 2ci obyektə, məsələn barmağımıza baxırıq, yenə də 5san müddətində. Beləliklə bu proseduranı 5 dəq müddətində davam edirik. Effektini derhal tapşırıqdan sonra hiss edəcəksiniz ! * 3-cu tapşırıq - gözlərinizi yumub var gücünüzlə göz qapaqlarınızı sıxın (əllə toxunmadan)) sonra gözlərinizi açın. Bu tapçırığı 15-20 dəfə təkrar edin. Uzun müddətli monitora baxmaq gözlərin nəmlyini azaldır, gözlər quruyur. Bu tapşırıq göz yaşının artmasına və gözdaxili təzyiqin normallaşmasına səbəb olur. Bu tapşırıqlar gündəlik olunmalıdır. Cəmi 4-5 dəqiqənizi alacaq bu tapşırıqlar, bizlərə təbiət tərəfindən bəxş olunmuş çox qiymətli bir neməti- görmə qabiliyyətimizi qorumağa kömək edəcək! Digər səmərələi məsləhətlər : * ən təhlükəsiz monitor LCD monitorlardır * mümkün qədər monitorun parlaqlığını azaldın * mümkün qədər təbii işıqlanmadan istifadə etməyə çalışın * həmişə qaranlıq otaqda yatın * gözlərinizi monitora baxdıqda tez-tez qirpmağı unutmayın ! Gözləriniz həmişə nurlu olsun, əziz oxucularımız! !

Arif Nuri

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura