Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan təmsilçilərindən "Zirə" və "Araz-Naxçıvan"ın da rəqibləri bəlli olub.
Təmsilçilərimizdən "Zirə" bu mərhələdə "Hayduk"la (Xorvatiya), "Araz-Naxçıvan" isə "Aris"lə (Yunanıstan) üz-üzə gələcək.
Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürüb.
///apa