Konfrans Liqası: “Hayduk” “Zirə"nin, “Aris” “Araz-Naxçıvan”ın rəqib olub

Konfrans Liqası: “Hayduk” “Zirə"nin, “Aris” “Araz-Naxçıvan”ın rəqib olub
İDMAN
17:45 18.06.2025
284
Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan təmsilçilərindən "Zirə" və "Araz-Naxçıvan"ın da rəqibləri bəlli olub.

Təmsilçilərimizdən "Zirə" bu mərhələdə "Hayduk"la (Xorvatiya), "Araz-Naxçıvan" isə "Aris"lə (Yunanıstan) üz-üzə gələcək.

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürüb.
 
///apa
OXŞAR XƏBƏRLƏR