Konfrans Liqası: "Qəbələ"nin oyunlarının təqvimi açıqlanıb

Konfrans Liqası: "Qəbələ"nin oyunlarının təqvimi açıqlanıb
İDMAN
18:41 20.06.2022
231
"Qəbələ"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstanın "Fehervar" klubuna qarşı oyunlarının təqvimi açıqlanıb.
 
AZXEBER.COM-un məlumatına görə, "qırmızı-qaralar" ilk matçı iyulun 21-də səfərdə keçirəcək. "MOL Arena"dakı görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Komandalar arasında cavab matçı isə iyulun 28-də Qəbələ şəhər stadionunda olacaq. Həmin görüşün başlama saatı hələlik bəlli deyil.
OXŞAR XƏBƏRLƏR