Konor Makqreqor bu il ən çox dopinq sınağından keçən UFC döyüşçüsüdür

İDMAN
19:54 02.04.2024
199
Konor Makqreqor 2024-cü ildə ən çox dopinq sınağından keçən UFC döyüşçüsüdür.

O, ilin birinci rübündə yeni proqrama əsasən 5 dəfə testdən keçib.

Keçmiş orta çəkili çempion Şon Striklend və ağır çəkili qadın döyüşçü Mayra Bueno Silva hərəyə 3 dəfə dopinq testi veriblər.

Orta çəkidə hazırkı çempion Leon Edvards, yüngül çəkidə çempion İslam Maxaçev və yüngül çəkidə keçmiş çempion Aleksandr Volkanovski 2024-cü ildə bir dəfə də olsun sınaqdan keçməyiblər.

Konor Makqreqor iki müxtəlif çəki dərəcəsində UFC çempionu olub.
 
///report

OXŞAR XƏBƏRLƏR