Konor Makqreqor tezliklə oktaqona qayıdacaq

İDMAN
19:14 06.04.2024
214
Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor tezliklə oktaqona qayıdacaq.

35 yaşlı irlandiyalı idmançı bu barədə "X" hesabında bildirib.

O, döyüşlərindən birində oktaqona çıxdığı anı paylaşıb və "tezliklə" yazıb.

Qeyd edək ki, Konor Makqreqor 2021-ci ildə ABŞ-dən olan Dastin Porye ilə görüşdə ciddi zədə almışdı.

OXŞAR XƏBƏRLƏR