Konqo Demokratik Respublikasında Ebola virusundan ölüm faktı təsdiqləndi

Konqo Demokratik Respublikasında Ebola virusundan ölüm faktı təsdiqləndi
DÜNYA
18:56 23.04.2022
365
Konqo Demokratik Respublikasında sonuncu Ebola epidemiyası bitdikdən sonra ilk yoluxma halı qeydə alınıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrikadakı ofisi məlumat yayıb.

Qızdırması diaqnozu qoyulan xəstənin dünyasını dəyişdiyi qeyd edilir. Xəstə reanimasiya üçün Ebola müalicə mərkəzinə yerləşdirilsə də, həmin gün ölüb.

Ölkədə Ebola qızdırmasının on üçüncü epidemiyasının başa çatması Konqo Demokratik Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 2021-ci ilin dekabrında elan edilib.

ÜST-ün məlumatına görə, son böyük epidemiya zamanı 28,6 min insan Ebolaya yoluxub, 11,3 mindən çox insan ölüb.
OXŞAR XƏBƏRLƏR