"Konsertdən əldə olunacaq gəlir Silahlı Qüvvələrin Ehtiyat Fonduna bağışlanacaq"

SOSİAL
15:05 06.04.2016
2991
Son günlər cəbhədə baş verən məlum hadisələrlə bağlı, 7 aprel tarixində Heydər Əliyev sarayında baş tutacaq konsertin tarixində dəyişiklik olacağına dair söz-söhbət gəzir.
Məsələylə bağlı AZXEBER.COM-a açıqlama verən Heydər Əliyev adına sarayın mətbuat xidmətnin rəhbəri Anar Fərəczadə deyib ki, konsert baş tutacaq və konsertdən əldə olunacaq gəlir Silahlı Qüvvələrin Ehtiyat Fonduna bağışlanacaq:
"Son günlər cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar, Heydər Əliyev Sarayına və Sarayın sosial şəbəkədəki ünvanına 07 aprel tarixindəki Emin Sabitoğlunun musiqi dünyası adlı konsertin keçirilib-keçirilməyəcəyi haqqında çoxsaylı zənglər və suallar ünvanlanır.
Diqqətinizə çatdırmaq istəyirik ki, nəzərdə tutulan konsert proqramı keçiriləcək və bilet satışından əldə olunan vəsaitin bir qismi Silahlı Qüvvələrin yardım fondunun bank hesabına köçürüləcək.
Azərbaycanımızın ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizə Allah rəhmət eləsin".

OXŞAR XƏBƏRLƏR