Konsertə gedən 15 yaşlı gənc bıçaqlanaraq öldürüldü

Konsertə gedən 15 yaşlı gənc bıçaqlanaraq öldürüldü
DÜNYA
14:42 28.08.2023
239
Türkiyənin Dənizli bölgəsinin Sarayköy rayonunda Kənd Təsərrüfatı və Mədəniyyət Festivalı çərçivəsində keçirilən konsert sahəsində bıçaqlı davada yaralanan 15 yaşlı yeniyetmə aparıldığı xəstəxanada dünyasını dəyişib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə dünən saat 23.00 radələrində Sarayköy mahalı Buldan küçəsində baş verib.
 
Festival çərçivəsində keçirilən konsert sahəsində iki uşaq qrupu arasında naməlum səbəbdən baş verən mübahisə davaya çevrilib.
 
Dava zamanı Enes Şipal sinəsindən bıçaqlanıb. Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib.
 
Təcili yardımla Sarayköy Dövlət Xəstəxanasına aparılan Enes Şipalı həkimlərin bütün səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Araşdırmaya başlayan polis qrupları davaya qarışan şəxslərin tutulması üçün işlərə başlayıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR