“Konstitusiya etnomədəni müxtəlifliyin qarantı kimi” mövzusunda konfrans keçirilib - FOTOLAR

“Konstitusiya etnomədəni müxtəlifliyin qarantı kimi” mövzusunda konfrans keçirilib - FOTOLAR
SOSİAL
16:17 11.06.2025
828
İyunun 11-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) "Konstitusiya və Suverenlik İli” çərçivəsində "Konstitusiya etnomədəni müxtəlifliyin qarantı kimi” mövzusunda konfrans keçirib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətənimizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad  edilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb. Bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli” elan edilməsi mühüm bir addımdır. Çünki Konstitusiya Azərbaycanın suverenliyinin təmin olunmasında əsas hüquqi bazadır, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının təmin edilməsinin təməlidir. 

O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə müxtəlif etnik azlıqların və dini icmaların bir arada yaşaması və bərabər hüquqlara malik olması məqsədilə vacib hüquqi və sosial addımlar atılıb. Bu addımlardan ən önəmlisi 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunması idi. Konstitusiyanın qəbulu Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. O vurğulayıb ki, Prezident İlham Əliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasətini uğurla davam etdirir, Azərbaycanda etnik və dini müxtəlifliyin qorunmasına xüsusi önəm verir. Azərbaycan iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla, Şərq və Qərbin qovşağında öz nüfuzunu gücləndirməkdədir. 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla  bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası ölkədə yaşayan bütün etnik və dini qrupların hüquqlarının qorunmasına, onların azad şəkildə öz mədəniyyətlərini, dillərini və ənənələrini yaşatmasına zəmanət verən əsas hüquqi sənəddir. Konstitusiyada təsbit olunmuş multikultural dəyərlər Azərbaycanın tarixindən, onun çoxmillətli və çoxkonfessiyalı cəmiyyət quruluşundan qaynaqlanır. Akademik qeyd edib ki, Azərbaycan dövləti etnik və dini müxtəlifliyi milli sərvət kimi qəbul edir və bu müxtəlifliyin qorunması üçün ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Kamal Abdulla vurğulayıb ki, Konstitusiyada vətəndaşların bərabərliyi prinsipi yalnız hüquqi norma deyil, həm də praktikada öz əksini tapan mühüm bir dəyərdir. Bu prinsipin həyata keçirilməsi sayəsində ölkədə yaşayan bütün millətlərin nümayəndələri özlərini cəmiyyətin ayrılmaz hissəsi kimi hiss edir, ictimai-siyasi, elmi-mədəni həyatın bütün sahələrində fəal iştirak edirlər. O, həmçinin bildirib ki, bu gün Azərbaycanın müxtəlif beynəlxalq platformalarda multikulturalizm modelini təbliğ etməsi və bu sahədə dialoqlara ev sahibliyi etməsi məhz Konstitusiyanın təməl prinsiplərinə söykənir.

Azərbaycan Respublikasının Milli Məclisinin sədrinin müavini Musa Qasımlı çıxışında qeyd edib ki, Konstitusiya ölkənin siyasi sabitliyinin və demokratik inkişafının əsas hüquqi çərçivəsini müəyyənləşdirir və burada əks olunan multikultural dəyərlər tarixən formalaşmış milli birlik və tolerantlıq ənənələrinin davamıdır. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa isə bildirib ki, Konstitusiya azadlıq və tolerantlıq prinsiplərinin dövlət siyasətinə çevrilməsini təmin edir və bu, Azərbaycanın beynəlxalq nüfuzunu artırır.

Milli Məclisin deputatları Tural Gəncəliyev, Mixail Zabelin Azərbaycan cəmiyyətində multikultural dəyərlərin möhkəmlənməsində parlamentin vətəndaş cəmiyyəti ilə əməkdaşlığının əhəmiyyətini vurğulayıblar. Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı isə insan hüquqlarının qorunması sahəsində Konstitusiyanın əsas rolunu diqqətə çatdırıb və bildirib ki, bu sənəd hər bir vətəndaşın hüquq və azadlıqlarının təminatçısıdır.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev, Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski çıxışlarında qeyd ediblər ki, Azərbaycanda bütün dinlərin nümayəndələri sülh, qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində yaşayır.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Əliyev də çıxışlarında bildiriblər ki, Azərbaycanın Konstitusiyası milli-mədəni dəyərlərin qorunmasına, dini və etnik müxtəlifliyin inkişafına imkan verən hüquqi baza yaradır və bu da dövlətin multikulturalizm siyasətinin davamlılığını təmin edir.

Konfransda "Heydər Əliyev və Azərbaycan Multikulturalizmi” sənədli filmi nümayiş olunub.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb