Konsul Bakıda saxlanılan Rusiya vətəndaşları ilə 3 saatlıq görüş keçirib

Konsul Bakıda saxlanılan Rusiya vətəndaşları ilə 3 saatlıq görüş keçirib
Siyasət
22:14 03.07.2025
872
Rusiyanın Bakıdakı konsulu Azərbaycanda saxlanılan ruslarla üç saatlıq görüş keçirib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

"Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat xidməti həbs edilmiş Rusiya Federasiyası vətəndaşlarına konsulluq girişinin təmin edildiyini təsdiqləyir. Səfirliyin konsulluq şöbəsinin müdiri soydaşlarımızla üç saat söhbət edib", - deyə səfirlikdən bildirilib.

Görüşün təfərrüatları barədə məlumat verilməyib.
OXŞAR XƏBƏRLƏR