Konsul Livanda ölən azərbaycanlı idmançı ilə bağlı danışdı

Konsul Livanda ölən azərbaycanlı idmançı ilə bağlı danışdı
SOSİAL
14:34 31.08.2017
989

Azərbaycanlı idmançı Xəzər Əliyevin Livanın paytaxtı Beyrutda yol qəzasında ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Xəzər Əliyevin hazırda Beyrutda olan dostu APA-ya açıqlamasında bildirib ki, idmançı Beyruta istirahət məqsədilə səfər edib.

X. Əliyev gecə saatlarında dostları ilə birgə klubda əyləniblər. Səhərə yaxın taksi ilə qaldıqları ünvana qayıdarkən sürücü ilə mübahisələri düşüb. Sürücü onları 130-140 km/saat sürət həddi olan magistralda körpünün üstünə düşürüb. 

X. Əliyev avtomobildən düşərək yolu keçmək istəyərkən onu maşın vurub.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan X. Əliyev dərhal əməliyyat olunub, 8-9 litr qan köçürülüb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

"Buna baxmayaraq, xəstəxana əməliyyat üçün 12 min ABŞ dolları tələb edir. Bundan başqa meyitinin göndərilməsi üçün 6-7 min dollar da istəyiblər", - deyə o bildirib .

X. Əliyevin dostu onu da əlavə edib ki, hadisəni törədən sürücü tutulub, faktla bağlı cinayət işi başlanıb.

Azərbaycanın Livandakı səfirliyinin konsulu Şahin Pənahov da məsələyə münasibət bildirib.

Ş. Pənahov APA-ya açıqlamasında deyib ki, azərbaycanlı idmançı Xəzər Əliyev dostu ilə gəzmək və ya işləmək məqsədi ilə  Beyruta gedib: "Hansı məqsədlə burada olması barədə dəqiq məlumat yoxdur. Avqustun 28-də onlar səhərə yaxın klubdan içkili vəziyyətdə çıxıblar. İki dostdan birini maşın vurub. Yaralı xəstəxanaya çatdırılıb. Təxminən səhər saat 6-dan 11-ə kimi üzərində əməliyyat keçirilib. Xəstəxanadan bildirildiyinə görə, ona 8 litrə yaxın qan burulub. İndi xəstəxana əməliyyat üçün 12 min dollar pul tələb edir, pulun verilməyəcəyi təqdirdə meyiti verməyəcəyini bildirir”.

Konsul bildirib ki, onlar qəzanı törədən və onun qohumları ilə bu məsələ ilə bağlı görüşüblər: "Polisdə belə bir razılığa gəldik ki, onlardan şikayət edilməyəcək, əvəzində isə qarşı tərəf xəstəxana və meyitin Azərbaycan göndərilməsi xərcini üzərinə götürəcək. Polis bu məsələni həll etmək üçün 48 saat vaxt qoydu. Hadisə ilə bağlı istintaq da hələ davam edir. Lakin qarşı tərəf tələb edir ki, mərhumun anası şikayət etməyəcəyi ilə bağlı vəkalət göndərsin, yalnız bundan sonra xərcləri ödəməyə hazırdırlar. Anası ilə əlaqə saxlamışıq, anası bildirib ki, vəkalət göndərmir, özü Beyruta gələcək və şəxsən prosesdə iştirak edəcək. Biz hazırda anasını gözləyirik ki, qarşı tərəflərlə danışıqlar aparsın”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
"Məni Aygünün ildönümünə çağırmadılar" - Zümrüd Hümbətova
11:38 12.09.2025
"Məni Aygünün ildönümünə çağırmadılar" - Zümrüd Hümbətova
Azərbaycanda işsiz şəxslərin sayı açıqlandı
11:34 12.09.2025
Azərbaycanda işsiz şəxslərin sayı açıqlandı
Metroda interval 1 dəqiqə 45 saniyəyə endirildi - İlk dəfə
11:24 12.09.2025
Metroda interval 1 dəqiqə 45 saniyəyə endirildi - İlk dəfə