“Kontakt” Şuşaya yol açır - Qarabağda yeni imkanlar

İQTİSADİYYAT
10:49 06.02.2025
121

Bütün yollar Qarabağın ürəyinə - Şuşaya aparır. Ona görə də, sevindirən şəbəkə "Kontakt” artıq sadəcə bir klik və ya zənglə 30.000-dən çox məhsulu birbaşa Şuşaya çatdıraraq bu qədim torpaqlara müasir imkanları gətirir.

Daha dəqiq desək, elektronika, məişət texnikası, mebel, tekstil, kosmetika, şəxsi baxım məhsulları, musiqi alətləri və hətta təmir-tikinti avadanlıqları – Qarabağda yaşayışın bərpa olması üçün lazım olan hər şey kontakt.az və ya *6060 Çağrı Mərkəzi vasitəsilə asanlıqla birbaşa ünvana sifariş edilə bilər. Həm nağd, həm də sərfəli hissəli alış şərtləri ilə!

Üstəlik, Şuşa "Kontakt”ın Qarabağa çatdırılma etdiyi ilk dayanacaq deyil. Şəbəkə artıq 2 ilə yaxındır ki, Laçın, Zəngilan, Cəbrayıl və Qubadlı bölgələrinə onlayn məhsul çatdırır. Ən çox sifariş edilən məhsullar arasında böyük və kiçik məişət texnikası, mebeller yer alır. Bu isə o deməkdir ki, əzəli torpaqlarımızda insanlar evlərini yenidən qurulur, öz yurdlarından əvvəlki rahatlığa qovuşurlar. Qarabağa geridönən əhalinin şəxsi ehtiyaclarını qarşılayan, evlərini bəzəyən əşyaları isə "Kontakt” xüsusi qürürla çatdırır və həmin məhsullara isə ekstra həssaslıqla yanaşır.

Qeyd edək ki, "Kontakt” mağazalar şəbəkəsi illərdir "Qarabağ Proqramı” çərçivəsində müxtəlif vətənpərvərlik layihələri keçirməklə yanaşı, fəaliyyət istiqamətinin Qarabağın hər guşəsini əhatə etməyi və bu torpaqlarda yaşayan hər bir insanın həyatını asanlaşdırmağı hədəfləyir. Bu tip addımları ilə vətənpərvərlik missiyasını güclü şəkildə davam etdirən "Kontakt” hər kəsi Qarabağın dirçəldilməsində həmrəy olmağa çağırır.

"Qarabağ Proqramı” çərçivəsində həyata keçirilən layihələrdə buradan tanış ola bilərsiniz.

OXŞAR XƏBƏRLƏR