Kontakt”dan “Autizm Günü”nə möhtəşəm videoçarx və dəstək aksiyası

Kontakt”dan “Autizm Günü”nə möhtəşəm videoçarx və dəstək aksiyası
İQTİSADİYYAT
11:30 05.04.2022
384

"Kontakt” mağazalar şəbəkəsi "Autizm Məlumatlandırma Günü” ərəfəsində autizmli şəxslərə diqqət çəkmək, onların inkişafına dəstək olmaq məqsədilə yeni xeyriyyə aksiyasına başlayıb. Aksiya çərçivəsində bütün "Kontakt Home” mağazalarının kassa bölməsində xüsusi ianə qutuları yerləşdirilib. Bu qutulara toplanan ianələr hər ay "Birgə və Sağlam" İctimai Birliyi nəzdindəki "Autizm Bərpa Mərkəzi”nin balansına köçürüləcək.

Daha çox insanı bu xeyriyyə layihəsinə cəlb etmək, eyni zamanda cəmiyyətə daha çox fayda vermək məqsədilə, məhz aprel ayında yığılacaq toplam ianə məbləğini "Kontakt” iki qat artırmağı öz öhdəliyinə götürür. Misal üçün, əgər aprel ayında ümumilikdə 5000 manat ianə toplanacaqsa, "Kontakt” Autizm Mərkəzinə 10 000 manat köçürəcək.

 

Autizm xəstəlik yox, sadəcə fərqlilikdir. Fərqliliklərin fərqinə birgə varmaq üçün siz də şəbəkənin istənilən mağazasına yaxınlaşaraq xüsusi qutulara ianə dəstəyinizi göstərə, autizmə "Kontakt" ilə birgə mavi işıq yandıra bilərsiniz.

Hər zaman korporativ sosial məsuliyyət layihələri ilə seçilən "Kontakt” eyni zamanda autizmə fərqli yanaşmanı özündə ehtiva edən videoçarx  ərsəyə gətirib və sosial şəbəkələrdə izləyicilərin diqqətinə təqdim edib.

İzləyicilər tərəfindən böyük rəğbətlə qarşılanan videoçarxa aşağıdakı linkə keçid etməklə siz də nəzər sala bilərsiniz:

https://youtu.be/PeVIZaxzpus

Xatırladaq ki, ölkənin ən aparıcı pərakəndə satış şəbəkələrindən olan "Kontakt” hazırda "Dyson”, "Electrolux”, "WAHL”, "Toshiba”, "Black&Decker”, "Hoffmann” kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distribütoru, "Samsung”, "LG”, "Bosch”, "Huawei”, "Realme”, "Sony”, "Panasonic”, "BQ”, "Sonorous”, "Elari”, "Thomas”, "Beurer”, "Karcher”, "H Gala”, "Cassore”, "Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distribütoru, "Apple” brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir.

Hazırda şəbəkənin ölkə üzrə ümumilikdə 35 mağazası, Gürcüstanda 1 mağazası və kontakt.az onlayn mağazası fəaliyyət göstərməkdədir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan millisinin baş məşqçisi: "Səviyyə baxımından biz İngiltərədən daha yaxşıyıq"
12:33 24.05.2025
Azərbaycan millisinin baş məşqçisi: "Səviyyə baxımından biz İngiltərədən daha yaxşıyıq"
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
12:19 24.05.2025
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
11:59 24.05.2025
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
11:44 24.05.2025
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
11:35 24.05.2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
11:16 24.05.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
11:04 24.05.2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
10:51 24.05.2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
10:34 24.05.2025
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
10:26 24.05.2025
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
10:10 24.05.2025
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
09:53 24.05.2025
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
23:48 23.05.2025
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
23:31 23.05.2025
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
23:17 23.05.2025
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
23:08 23.05.2025
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var